Tarix: 04-06-2026 | Saat: 11:17
Bölmə:Karusel / Təhsil | çapa göndər
Azərbaycanda milli kiber təhlükəsizlik ekosisteminin qurulması və inkişaf etdirilməsi dövlət qarşısında duran əsas vəzifələrdən biridir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Bakıda keçirilən “IV Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son illərdə Prezident İlham Əliyev tərəfindən ölkədə rəqəmsal dövlət quruculuğu və kibertəhlükəsizlik sahəsində ardıcıl siyasət həyata keçirilib. Bu siyasətin nəticəsi olaraq dövlət xidmətlərinin rəqəmsallaşdırılması sürətlənib, rəqəmsal platformalara maraq və tələbat artıb.
"Rəqəmsal transformasiyanın genişlənməsi ilə paralel olaraq kibertəhlükəsizlik məsələlərinin aktuallığı da artır. Bu səbəbdən ölkədə milli kiber təhlükəsizlik ekosisteminin formalaşdırılması və onun dayanıqlılığının təmin edilməsi prioritet istiqamətlərdən biri hesab olunur. Bu ekosistemin əsas məqsədi rəqəmsal dövlətin təhlükəsizliyini təmin etmək, informasiya resurslarını qorumaq və dövlət qurumlarının kibertəhdidlərə qarşı hazırlığını gücləndirməkdir, - deyə o qeyd edib.
Digər xəbərlər


















