Saytımızı qiymətləndirin


 
 

Ermənistan TRIPP üçün səhmdar cəmiyyətlərinə xüsusi idarəetmə rejimi tətbiq edib
Tarix: 12-11-2026 | Saat: 21:54
Bölmə:Karusel / Dünya | çapa göndər

Ermənistan TRIPP üçün səhmdar cəmiyyətlərinə xüsusi idarəetmə rejimi tətbiq edib

Ermənistan parlamenti TRIPP layihəsinin həyata keçirilməsi üçün səhmdar cəmiyyətlərinin idarə edilməsinə xüsusi rejim tətbiq edilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərini qəbul edib.

“News-Armenia” xəbər verir ki, qanunvericilik dəyişiklikləri parlamentdə ikinci və yekun oxunuşda qəbul edilib.

Dəyişikliklərə əsasən, beynəlxalq sazişlər çərçivəsində yaradılmış və Ermənistanın payı ən azı 25 faiz olan səhmdar cəmiyyətlərinə xüsusi korporativ idarəetmə rejimi tətbiq olunacaq. Dövlətin iştirak payı bu həddən aşağı düşərsə, xüsusi rejim ləğv ediləcək.

Qanun layihəsinin lehinə hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından 62 deputat səs verib, müxalifət parlamentdəki müzakirələrdə iştirak etməyib.



Xəbəri paylaş

18 dəfə oxunub.

Digər xəbərlər