Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ermənistanla delimitasiya üzrə ikitərəfli komissiyaya Baş nazirin müavinin rəhbərlik etməsini təklif edib
Tarix: 10-05-2022 | Saat: 11:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

 

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya yaxın gələcəkdə görüşə bilər - VİDEO

6 aprel tarixində Brüsseldə Azərbaycan Respublikası Prezidenti, Ermənistan Baş Naziri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə keçirilən görüşündən sonra əldə olunan razılıqlardan biri də o idi ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiya yaradılacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, aprel ayının sonunadək ilk iclasın keçirilməsi planlaşdırılırdı: “Onu qeyd edə bilərəm ki, görüş keçirməzdən öncə mənim Ermənistan xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Bu zaman biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik. Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesində digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətlərin fərqlərini nəzərə alaraq, bizim təklifimiz o idi ki, komissiyaya fərqli bir formatda təşkil edilməlidir. Azərbaycan tərəfinin təklifi o idi ki, Azərbaycan tərəfdən komissiyaya rəhbərlik edən şəxs Baş nazirin müavini səviyyəsində olsun. Hələ ilk telefon danışığımız zamanı Ermənistan xarici işlər naziri bunu anlaşıqla qəbul etdi və dedi ki, bunu Ermənistanda müzakirə etmək üçün əlavə vaxt lazımdır. Daha sonra Ermənistan tərəfi bu təklifin onlar üçün də məqbul olduğunu qeyd etdi. Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Azərbaycan tərəfi hələ aprel ayında bu iclasın keçirilməsinə hazır idi. Biz yenə də hazırıq. Ermənistan tərəfi öz prosedurlarını yerinə yetirdikdən sonra belə bir iclası keçirmək mümkün olacaq”, - nazir vurğulayıb.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər