Tarix: 28-08-2023 | Saat: 11:27
Bölmə:Karusel / Dünya | çapa göndər
Ermənistanın baş naziri Nikola Paşinyanın həyat yoldaşı Anna Akopyan Zəngəzur bölgəsinin Bnunis rayonunda 44 günlük müharibədə ölən erməni əsgər Edqar Marqrianın xatirəsinə tikilmiş qonaq evinin açılış mərasimində rəqs edib.
Qarabaqinfo.az xəbər verir ki, A.Akopyan sosial şəbəkə hesablarında mərasimdən şəkillər paylaşıb.
Sosial şəbəkələrin erməni seqmentində A.Akopyanın paylaşımına müsbət şərh yazanlarla yanaşı, onu kəskin şəkildə tənqid edənlər də çox olub.
Tənqidçilər “Anna Akopyan Ermənistanın hansı gününə oynayır?” deyə baş nazirin həyat yoldaşına sual veriblər.
Baş naziri və onun xanımını tənqid edənlərdən biri də Milli Müqəddəratı Təyinetmə Birliyinin rəhbəri Paruyr Hayrikyan olub.
O, Paşinyan hökumətini ölkəni uçuruma apardığını qeyd edib.
Hayrikyan Paşinyanın 3 günə hakimiyyətdən uzaqlaşdırıla biləcəyini də bəyan edib.
“Nikolun vəzifədən uzaqlaşdırılması 3 günün işidir, gəlin bunu birlikdə edək: bizə 50 min adam lazım deyil, 500 nəfər lazımdır”, - Paruyr Hayrikya erməni ictimaiyyətinə müraciətində vurğulayıb.
P.Hayrikyan 1990–1995-ci illərdə Ermənistan parlamentinin üzvü olub.
2003, 2012-cü illərdə Ermənistan prezidentliyinə namizədliyini irəli sürüb.
Digər xəbərlər