Tarix: 16-02-2022 | Saat: 17:37
Bölmə:Karusel / Gündəm | çapa göndər
İşğaldan azad edilən ərazilərdə ermənilərin basdırdıqları minaların növləri açıqlanıb.
Qarabaginfo.az-ın xəbərinə görə, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, aşkar olunan minalar arasında plastik minalara daha çox rast gəlinir.
"Əksəriyyətini düşmən tərəfinin istehsalı olan piyada əleyhinə minalar - PMN-G, həmçinin PMN-2, PMD-6, PMP minaları, tank əleyhinə minalardan isə əsasən TM-57, TM-62M, TM-62P, TM-62P2, TM-62P3 minaları üstünlük təşkil edir. Eyni zamanda, düşmənin əhali və orduya qarşı çox saylı tələ - minaları və Əldədüzəlmə Partlayıcı Qurğular (ƏPQ) da quraşdırması diqqətə çatdırılıb", - o, vurğulayıb.
Qeyd edək ki, 2021-ci il ərzində ümumilikdə 20 771 ha ərazi minalardan təmizlənib, 52 386 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Digər xəbərlər