Saytımızı qiymətləndirin


 
 

Yeni nazir kimdir? - Dosye
Tarix: 27-02-2024 | Saat: 12:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

yeni-nazir-kimdir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Fərid Turab oğlu Əhmədov ədliyyə naziri təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, Fərid Əhmədov nazir vəzifəsinə təyin edilənədək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini tutub. O, 2022-ci ildən sözügedən vəzifəni icra edirdi.

2021-2022-ci illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olan F.Əhmədov 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsini də tutub. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Fərid Əhmədov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb. Həmçinin 2016-cı ildə “Oksford” Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə gəlincə, F.Əhmədov 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi işə başlayıb. 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2007-2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb.

O,1979-cu ildə Bakıda anadan olub. Ailəlidir, üç övladı var.



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər