Saytımızı qiymətləndirin


 
 

XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib
Tarix: 28-10-2026 | Saat: 11:50
Bölmə:Karusel / Multimedia | çapa göndər

XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Azərbaycan Texniki Universitetində (AzTU) Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib.

Xidmətdən Qarabaginfo.az-a verilən məlumata görə, laboratoriyanın yaradılmasında əsas məqsəd xüsusi rabitə sistemləri üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi, müasir texnologiyalarla işləmək imkanlarının genişləndirilməsi və bu sahədə yüksəkixtisaslı kadr hazırlığının dəstəklənməsidir.

Laboratoriyada tələbələr xüsusi rabitə sistemlərinin quruluşu, fəaliyyət prinsipləri və təhlükəsiz istismarı ilə bağlı praktiki biliklər əldə edəcək, müvafiq texnologiyalarla işləmək bacarıqlarını inkişaf etdirəcəklər.

Qeyd edək ki, XRİTDX ilə AzTU arasında əməkdaşlıq 2022-ci ildən davam edir. Tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində tələbələrin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının artırılması, praktiki təlimlərin və maarifləndirici tədbirlərin təşkili, eləcə də fərqlənən tələbələrin dəstəklənməsi istiqamətində bir sıra layihələr həyata keçirilib.

Xüsusi Rabitə Sistemləri Laboratoriyasının istifadəyə verilməsi bu əməkdaşlığın yeni mərhələsi olmaqla, xüsusi rabitə və informasiya təhlükəsizliyi sahəsində milli kadr potensialının gücləndirilməsinə xidmət edir.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər
22-12-2022, 12:29 Sabahın hava proqnozu