Saytımızı qiymətləndirin


 
 

“Rusiyanın hərbi əməliyyatı Baydenin axmaq sözlərinə görə başlayıb”- TRAMP
Tarix: 13-08-2024 | Saat: 11:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Bəlkə də Rusiyanın xüsusi hərbi əməliyyatı Ağ Evin hazırkı rəhbəri Co Baydenin axmaq sözlərinə görə başlayıb. Onun IQ səviyyəsi aşağıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maska müsahibəsində bildirib.

“Mən prezident postundan gedəndə Ukrayna ilə sərhəddə böyük ordu yaratmağa başladılar. Düşünürdüm ki, Putinlə danışıq aparacaqlar. Sonra Bayden axmaq şeylər danışmağa başladı. Məsələn, o, Ukraynanın NATO-da ola biləcəyini dedi. Rusiya bununla heç vaxt razılaşmayacağını bildirdi. Biz də belə bir vəziyyətdə o sözü deyirik. Çünki IQ səviyyəsi aşağı olan bir prezidentimiz var”, – Tramp bildirib.

Tramp Rusiyanın Almaniya üzərində qələbəsini xatırladıb və Moskvanın böyük gücə malik olduğuna işarə edib. Onun sözlərinə görə, Ukraynada adam yoxdur və Kiyevdəki hakimiyyət gənc və yaşlı vətəndaşları döyüşə göndərir.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər