Saytımızı qiymətləndirin


 
 

Rusiya büdcəsi xərclərə tab gətirmir- Hökumət "qayçılamağa" hazırlaşır
Tarix: 04-07-2023 | Saat: 11:40
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Maliyyə Nazirliyi gəlirlər və xərclər arasındakı fərqin artması ilə əlaqədar 2024-cü ildə büdcə xərclərinin azaldılmasını təklif edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Vedomosti”yə hökumətə yaxın iki mənbə bildirib.

Nazir Anton Siluanov sosial və müdafiə sahələri istisna olmaqla, bütün maddələr üzrə xərcləri 10 faiz azaltmağı zəruri hesab edir.

Belə bir təşəbbüslə maliyyə naziri büdcə proqnozları üzrə hökumət komissiyasının iclasında çıxış edib. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, büdcə vəsaitlərinin idarəçilərini təmsil edən iclas iştirakçıları Siluanovun təklifinə mənfi reaksiya veriblər, lakin xərclərin optimallaşdırılmasının zəruriliyi ilə razılaşıblar.

Maliyyə nazirindən sonra çıxış edənlərin demək olar ki, hamısı proqramların bütün perimetri üzrə xərcləri azaltmaq əvəzinə, hansı xərclərin onlar üçün prioritet olduğunu və hansılardan imtina edə biləcəklərini özləri müəyyən etməyə icazə verilməsini xahiş ediblər.

Alternativ olaraq borclanmanın artırılması təklif edilib, lakin iclasda iştirak edən Rusiya Bankının nümayəndəsi buna qəti şəkildə qarşı çıxıb.

Müzakirələrdən xəbəri olan mənbə bildirib ki, hələlik yekun qərar qəbul edilməyib.(Azpost.info)



Xəbəri paylaş

1103 dəfə oxunub.

Digər xəbərlər