Saytımızı qiymətləndirin


 
 

Qəbələdə yol tikintisi üçün 6,8 milyon manat ayrılıb
Tarix: 17-07-2018 | Saat: 18:23
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

qebelede yol tikintisi ucun 6 8 milyon manat ayrilib

Prezident İlham Əliyev Qəbələ rayonunun Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

"Qarabaginfo"nun xəbərinə görə, sərəncama əsasən 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon (altı milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.



Xəbəri paylaş

654 dəfə oxunub.

Digər xəbərlər