Rio-de-Janeyroda G20 ölkələri liderlərinin sammitində COP29 gündəm mövzusu idi.
Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sammit zamanı G20 liderlərini öz nazirlərinə və danışıqlar aparan şəxslərə COP29-da yeni iddialı iqlim maliyyəsi məqsədini təmin etmək üçün göstəriş verməyə çağırıb. “Liderlər konkret nailiyyətin vacibliyini vurğulayıblar. Nümayəndə heyətləri və COP Sədrliyi ortaq dil tapmaq üçün çox çalışır. Lakin saat işləyir (vaxt gedir – red.). Razılaşma üçün niyyət hiss edirəm. Artıq uyğunlaşma sahələri açıq görünür. Əsasını maliyyə təşkil edən bütün razılaşdırılmamış məsələlərlə bağlı ambisiyalı və balanslaşdırılmış paket təqdim etmək məqsədilə son mərhələyə çatması üçün böyük təkan lazımdır. Uğursuzluq bir seçim deyil”, – deyə o əlavə edib.