Saytımızı qiymətləndirin


 
 

Zəngəzur dəhlizi ilə bağlı proseslər davam edir- Türkiyəli nazir
Tarix: 20-11-2024 | Saat: 15:35
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi MESAJI

Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində ən böyük layihə Zəngəzur dəhlizidir.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Bu istiqamətdə Azərbaycan tərəfi ilə sürətli formada proseslərə davam edirik. Dəhlizin Ermənistan və ya İran tərəfi olmaqla haradan keçəcəyinə azərbaycanlı qardaşlarımız qərar verəcək. Sonra bu dəhliz Naxçıvan üzərindən Türkiyəyə gələcək. Türkiyədə də layihəmizi bitirdik, tenderimizi etdik, qarşıdakı günlərdə tikinti işlərinə başlayaraq Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, – deyə nazir bildirib(apa).



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır