Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zəngəzur dəhlizi ilə bağlı proseslər davam edir- Türkiyəli nazir
Ana Sayfa > Karusel / Manşet / Siyasət > Zəngəzur dəhlizi ilə bağlı proseslər davam edir- Türkiyəli nazir

Zəngəzur dəhlizi ilə bağlı proseslər davam edir- Türkiyəli nazir


20-11-2024, 15:35. Yazar: Admin
Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi MESAJI

Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində ən böyük layihə Zəngəzur dəhlizidir.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“Bu istiqamətdə Azərbaycan tərəfi ilə sürətli formada proseslərə davam edirik. Dəhlizin Ermənistan və ya İran tərəfi olmaqla haradan keçəcəyinə azərbaycanlı qardaşlarımız qərar verəcək. Sonra bu dəhliz Naxçıvan üzərindən Türkiyəyə gələcək. Türkiyədə də layihəmizi bitirdik, tenderimizi etdik, qarşıdakı günlərdə tikinti işlərinə başlayaraq Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, – deyə nazir bildirib(apa).


Geri dön