Putinin Bakı səfəri fəlakətimizin başlandığına işarədir
Tarix: 17-08-2024 | Saat: 22:56
Bölmə:Karusel / Yazar | çapa göndər
1742 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-08-2024 | Saat: 22:56
Bölmə:Karusel / Yazar | çapa göndər
Əslində son 10 günə qədər dünya üçün, eləcə də Qafqaz regionu və Azərbaycan üçün bu qədər böyük təhdid və təhlükə olmamışdı. Sözün həqiqi mənasında bütün proseslərin ən gərgin hissəsindəyik! Hissəsindəyik” deyirəm, çünki Azərbaycan istəməsə belə dünyada gedən proseslərdən kənarda deyil və getdikcə proseslərin içərisinə dartılır, çəkilir. Axı niyə? Deyirsinizsə, siyasi analizimi diqqətlə oxuyun...
Rusiya üçün gözlənilməz olan Ukrayna Silahlı Qüvvələrininm 80-ci “Qalisiya” desant-hücum briqadası Kursk vilayətinə hücumu Putini indiyə qədər etmədiyi etirafı etməyi məcbur etdi:” Vəziyyət ağırdır”.
Bəli, indiyənə qədər olmayan bir təxliyə də artıq baş verdi. 200 minə yaxın insan sərhəd rayonlarından təxliyə edildi. Ukraynalı polkovniklərdən birinin açıqlamasında deyilir ki, 2000-ə yaxın rus əsgəri də əsir götürülüb.
İlanın Tora düşəndə zəhərini hara axıdır?- Variantlar...
Öz hərəkətlərini qanuni hesab edən Putin Ukraynanın hərəkətlərini terror və təxribat adlandırıb.
Üstəgəl Ukrayna Ordusu Kursk vilayətinin Qluşkovski rayonunu ələ keçirməyi planlaşdırması da Rusiyanın daxilində böyük bir gərginliyin başlamasına da işarədir. Yəni, NATO-nun Ukraynanın əli ilə Rusiyanı tora saldığı aksiomadır.
Tora düşən ilanın çabalamalarını düşünürəm ki, hər kəs izləyib, İlan çırpınır, azad olmaq üçün çabalayır, özünü hər tərəfə çırpır. Təsəvvür edin, bədəninin bəzi yerləri yaralanır, qanayır amma o bu ağrını hiss etmədən özünü hər yerə çaxır. Hətta zəhərli ilanlarda başı kəsiləndən sonra ətrafdakı insanlara hücum edib, onları dişləyib, zəhərini töküb. Hazırda Rusiyanı, daha doğrusu Putini bu şəkildə görmək mümkündür. Yəni başını itirib.
Odur ki, başqalarını da zəhərləyəcək planlar qurmaqda, həyata keçirməkdə “çırpınmaları”nı davam etdirir.
Putinin Türkiyə səfəri də gündəmdədir, niyə baş tutmur?
Putinin Türkiyəyə səfəri uzun zamandır ki, gündəmdə olsa da, amma səfər aylardır təxirə salınmağa davam edir. Belə bir məqamda Putinin avqustun 18-19-da Azərbaycana səfər etməsi nəyə lazımdır? Axı Azərbaycan hegemonlar sırasında olan bir ölkə deyil və çıxılmaz vəziyyətdə olan Rusiyaya heç bir böyük köməyi dəyə bilməz! Niyə Türkiyə deyil, məhz Azərbaycan!
Deməli, tarixi faktlar da deyir ki, Rusiya tarix boyu heç vaxt nə ona hücum edən Almaniyanı, nə də digər dövlətləri Türkiyə qədər təhlükəli hesab etməyib. Rusiyanın ən çox hücum etdiyi və müharibə apardığı Türkiyə olub. Hazırda bütün dünya Putin rejiminə qarşı olsa da Türkiyənin Rusiyaya ilıq münasibəti Rusiyanın Türkiyəyə olan patoloji nifrətini azaltmayıb. Odur ki, Putin Türkiyəni gücdən salmaq üçün bir sıra planlar işləyib hazırlayır.
Crocus City Hall" müəmması
Planlardan biri : Putin “Rusiyada yaşayan xarici vətəndaşların vəziyyəti haqqında” qanunu təsdiqləyib. Yeni qanuna əsasən, Rusiyadakı miqrantlara ölkədə taksi, ictimai nəqliyyat idarə etmək qadağan ediləcək. Onlara həmçinin qida sektorunda işləməyə, tütün və spirtli içkilər satmağa, eləcə də məktəbəqədər təhsil müəssisələrində çalışmağa izin verilməyəcək.
Yeni qanun miqrantlara qarşı əlavə məhdudiyyətlərin tətbiqinə də imkan yaradacaq.
Xüsusən, hazırda Rusiyada miqrant olaraq çoxluq təşkil edən Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan , eləcədə Azərbaycan vətəndaşları (çornıy mazıy) bu məhdudiyyətdən böyük zərər görəcəyi məlumdur.
Bütün dünya iddia etdi ki, Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert salonuna hücumu Rusiyanın dövlət təhlükəsizlik orqanları təşkil edib.
Amma bəzilərinə hələ də müəmmalıdır ki, niyə Rusiya onunla müharibə aparan ukraynalıları yox, onu məhv etməyə and içmiş Avropa dövlətlərinin vətəndaşlarını yox, əbədi düşməni ABŞ təhlükəsizlik xidmətinin təşkilatını yox , məhz heç bir təhsili, peşəsi olmayan Orta Asiyalilari “terrorçu” çıxartdı? Rusiyada yaşayan asiyalı və qafqazlılara qarşı ümumrusiya nifrətinin böyütməyə hesablanmayıbmı? Bu Putin sadə rusların 145 vətəndaşın ölümünü bağışlamayacağını anlayır.
Qanun artıq qüvvəyə minib. Bu gündən miqrantların başına açılacaq oyunlar təsəvvür edilməyəcək dərəcədə dəhşətli olacağını da bilmənizi istərdim. Məhdudiyyətlərin səbəbi aydınlaşdımı? Onu da xatırladım ki, 11 sentyabr terror aktlarından sonra ABŞ-ın başçılığı ilə başladılan beynəlxalq hərbi kampaniya terrorizmlə qlobal müharibə (ing. Global War on Terrorism) adlanır. Həmin kampaniyadan sonra öldürülən müsəlmanların viran qalan İslam ölkələrinin aqibətini xatırlayırsınızmı? Crocus City Hall-dakı olaylar da məhz türk əsilli, ümumiyyətlə asiyalı və qafqazlı miqrantlara qarşı eyni kampaniyanın təkrarıdır.
Ermənistanla sərhəddimizdəki hazır düşmənlərin siqnalları.
İkinci Plan: Putinin Bakıya gəlişi: Hamımıza məlumdur ki, Avropa, eləcə də dünya mediası bəzən açıq, bəzən də eyhamlı şəkildə Azərbaycanın Rusiyanın yanında olduğunu vurğulayır. Bu axına qarşı hərəkət kimi də dəyərləndirilir. Amma Azərbaycan siyasi iradəsii, bəzəndə Türkiyənin dəstəyi ilə belə olmadığını ortaya qoya bilir.
Amma görünən odur ki, Qərbi inandırmaq mümkün olmayıb. Çünki artıq 1 ildir ki, Fransa, Yunanıstan, ABŞ, Kipr və sair ölkələrin Ermənistanda hərbi təlimlər keçirməsi, bu ölkəyə müasir dağıdıcı və təhlükəli silahlarla təhciz etməsi dediyimizə sübutdur. Azərbaycan isə ciddi cəhdlə inkar edir ki, Rusiyanı dəstəkləmir və Ukraynaya göndərdiyi humanitar yardımları misal göstərir. Belə olan surətdə Azərbaycanı dünya ictimaiyyətinə rəzil etmək üçün Putin Bakıya səfər etmək planını həyata keçirir.
Putinin bizi hədəf etmək planı: Bakı səfəri...
Xatırlayırsınızsa, Putin Ukrayna müharibəsində Rusiyaya dəstək verən dövlətlərə- Çinə, Şimali Koreya və Vyetnama səfər etmişdi. Bakıya səfəri isə Bakıya qarşı məkrli bir plandır. Həm Qafqazda güclənmiş bir dövlət olan Azərbaycan sərhəddimizə yığışan qeyri erməni qüvvələrinin müdaxiləsi ilə gücdən salınır , həm də Türkiyənin ən böyük dəstəkçisi olan Azərbaycana böyük bir zərbə vurulur!
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-16-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası (Sədərək və Ordubad) istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması bəlkə də bir işarədir. Axı hamımıza məlumdur ki, Azərbaycan mövqelərinə atəş açmaq hazır ki, halda Ermənistanın öz cəsarəti deyil. Hərbi təlim adı ilə İrəvana gəlib orada yerləşən fransalı, amerikalı, yunanıstanlı, kiprli hərbçilərin və onlara məxsus güclü silahların, eyni zamanda Hindistan və İranın dəstəyinin təcəllisidir.
Əntiqə Rəşid Aslan
Xəbəri paylaş
Digər xəbərlər
25-09-2021, 16:53
Ərdoğan: "Gələn il "Texnofest"i Azərbaycanda keçirəcəyik"
30-08-2022, 14:34
Moskvada Azərbaycan-Ermənistan üzvlərinin görüşü keçirilir
2-12-2023, 15:38
Milli Məclis sədri Çexiya XİN başçısına qəbuledilməz bəyanatların sülh səylərinə xələl gətirdiyini bildirib
22-04-2022, 08:03
Sorğu: Makron prezident seçkilərinin ikinci turunda qalib gələcək
16-08-2021, 16:36
Azərbaycanda daha 1851 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb
14-02-2022, 07:14
Azərbaycan Avrasiya İttifaqında müşahidəçi ola bilərmi?
13-12-2022, 17:21
Şuşa-Xankəndi yolunda aksiya: Əraziyə polislər gəldi
12-12-2022, 23:42
AŞPA-da Azərbaycan əleyhinə qətnamə rədd edildi
21-04-2018, 11:28
Milli Məclisin üzvləri AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Strasburqa gediblər
25-12-2021, 19:35
Kanada Tibb Assosiasiyası İslama qarşı hücumlara görə üzr istəyib