Saytımızı qiymətləndirin


 
 

Yeniyetməni vurub videosunu “TikTok”da paylaşdılar
Tarix: 28-04-2022 | Saat: 14:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Yeniyetməni vurub videosunu “TikTok”da paylaşdılar

 

Sosial şəbəkələrdə yeniyetmələr arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

Qarabaginfo.az xəbər verir ki, videoda 4 yeniyetmənin bir nəfəri döydükdən sonra kameraya çəkdiyi görünür. Onlar oğlanlardan birindən üzr istəməsini tələb ediblər. Daha sonra o şəxslərdən biri həmin yeniyetməyə yumruq vurub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, baş leytenant Mahir Məsimov saytımıza bildirib ki, məsələ artıq nəzarətə götürülüb: "Görüntülərdən məlumatlıyıq. Məsələ ilə bağlı araşdırmalara başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək. Görüntülərdə Ağdaş rayonunun adı çəkilsə də, hadisənin hansı ərazidə baş verməsi araşdırmalardan sonra dəqiq məlum olacaq".

Qeyd edək ki, video "TikTok" səhifəsində paylaşıldıqdan bir müddət sonra silinib.

 


 



Xəbəri paylaş

208 dəfə oxunub.

Digər xəbərlər