Saytımızı qiymətləndirin


 
 

Estoniyanın Baş naziri iş prosesində süni intellektdən istifadə etdiyini açıqlayıb
Tarix: 02-02-2026 | Saat: 08:31
Bölmə:Karusel / Dünya | çapa göndər

Estoniyanın Baş naziri Kristen Mixal

 

Estoniyanın Baş naziri Kristen Mixal bildirib ki, iş prosesində süni intellektdən istifadə edir.

Qarabaginfo.az xəbər verir ki, Estoniya Baş nazirinin açıqlamasını ERR yayıb.

Buna baxmayaraq, hökümət başçısı tənqidi düşüncənin qorunmasının vacib olduğunu hesab edir.

Mixal qeyd edib ki, süni intellektdən “müxtəlif məqsədlər üçün” yararlanır. Onun sözlərinə görə, komanda üzvləri də işin daha səmərəli təşkili üçün süni intellektdən geniş istifadə edir.

“Vaxtaşırı mənim üçün maraqlı olan mətnlər, qəzet yazıları, mətbuat materialları üzrə icmallar hazırlatdırıram, müəyyən əlaqələrin tapılmasını xahiş edirəm. Süni intellektə konkret hadisələrin baş verməsini izləmək və bu barədə məlumat vermək tapşırığı da vermək mümkündür, o zaman müvafiq "siqnallar" yaradır. Təqdimatların hazırlanmasında da süni intellektdən istifadə edirəm. Əgər daha sadə təqdimata ehtiyacım varsa, onu hazırlayır və bundan yararlana bilirəm”, – deyə Estoniyanın Baş naziri bildirib.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər