Tarix: 21-08-2026 | Saat: 20:36
Bölmə:Karusel / Qarabağ | çapa göndər
İşğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində mina hadisəsi baş verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.
“Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - deyə məlumatda qeyd edilib.
***
Xocavənddə minaya düşən traktorçunun vəziyyəti açıqlanıb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Xocavənddə baş verən partlayış nəticəsində xəsarət alan 1 nəfər (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“25.07.1983-cü il təvəllüdlü şəxsə başın, boynun və üzün sol yarısının çoxsaylı qəlpə yaraları, yuxarı ətrafın və budun çoxsaylı qəlpə yaraları diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”, - deyə məlumatda qeyd edilib.
Digər xəbərlər

















