Saytımızı qiymətləndirin


 
 

Nazir müavini: Son beş ildə Azərbaycandan keçən tranzit yüklərin həcmi iki dəfə artıb
Tarix: 06-10-2026 | Saat: 14:53
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov

 

Son beş ildə Azərbaycandan keçən tranzit yüklərin həcmi təxminən iki dəfə artıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbiri çərçivəsində təşkil olunan panel müzakirələrində bildirib.

“Bu ilin sonunda bu göstəricinin təxminən 16 milyon tona çatacağını gözləyirik. 2030-cu ilədək isə 30 milyon tona çatmasını gözləyirik. Xüsusilə konteyner daşımalarını qeyd etmək istərdim. Bu sahədə çox sürətli artım müşahidə olunur. Doqquz ayın göstəricilərinə nəzər salsaq, Bakı Limanında konteyner daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30%-dən çox artıb”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın güc imkanları da tələbatı qabaqlayır: “Yalnız əməliyyatların təkmilləşdirilməsi hesabına limanın konteyner emalı gücünü 100 min TEU-dan 100 min TEU-dan yuxarı səviyyəyə çatdırmışıq. İkinci mərhələnin həyata keçirilməsi ilə bu göstəricinin 500 min TEU-ya çatdırılması gözlənilir. Quru yolu istiqamətində Naxçıvan üzərindən Türkiyəyə planlaşdırılan bağlantı - Zəngəzur dəhlizi cənub-qərb istiqamətində 15 milyon tona qədər yükdaşıma imkanına malik yeni keçid açacaq.

Xəzər donanması da, təbii ki, bunun mühüm hissəsidir. Hazırda burada altı əlavə kiçik konteynerdaşıyan gəmi fəaliyyət göstərir. Xəzər donanmasının özü də genişlənir. Bakı Gəmiqayırma Zavodu hazırda ADY Ports və Qazaxıstan Dəmir Yolları üçün dörd konteyner gəmisi inşa edir. Yeri gəlmişkən, bunlar Bakı Gəmiqayırma Zavodunun ilk beynəlxalq sifarişləridir”.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər