Saytımızı qiymətləndirin


 
 

Xüsusi təyinatlıların birgə təlimlərindən GÖRÜNTÜLƏR
Tarix: 11-10-2022 | Saat: 11:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xüsusi təyinatlıların birgə təlimlərindən GÖRÜNTÜLƏR

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” birgə hərbi təlimləri davam edir.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Təlimlərin açılış mərasimi Mayor Gela Çedia adına Muxrovani xüsusi məqsədli təlim mərkəzində baş tutub. Açılış mərasimində hər 3 dövlətin himni səsləndirilib.

 

Tədbirdə Gürcüstan Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Çiçinadze, Gürcüstan Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı polkovnik Teymuraz Klateişvili, həmçinin Azərbaycanın Gürcüstandakı hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Burak Altıner və digər rəsmi şəxslər iştirak ediblər.

 

Qeyd edək ki, “Qafqaz Qartalı” təlimləri hər il keçirilir.



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər