Saytımızı qiymətləndirin


 
 

Ursula fon der Lyayen: Aİ 2027-ci ilin sonunadək Rusiya qazından imtina edəcək
Tarix: 06-10-2026 | Saat: 14:14
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

 

Avropa İttifaqı Rusiya qazının idxalını 2027-ci ilin sonunadək tamamilə dayandırmaq niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Avropa Parlamentində çıxışı zamanı bildirib.

O qeyd edib ki, dörd il əvvəl Rusiya Aİ-ni enerji ilə bağlı şantaj etməyə çalışıb.

“Dörd il əvvəl Rusiya bizi şantaj etməyə çalışdı. Həmin vaxt qaz idxalımızın 45 faizi Rusiyadan gəlirdi. Demək olar ki, bir gecədə bu idxalın böyük hissəsi dayandırıldı. Lakin Avropa birliyini qorudu və bu vəziyyətdən daha güclü çıxdı”, – Aİ lideri deyib.

Avropa Komissiyasının rəhbəri bildirib ki, Aİ qaz tədarükünü şaxələndirib və təmiz enerjiyə investisiyaları əhəmiyyətli dərəcədə sürətləndirib.

“Bu gün Rusiya qazının idxalımızdakı payı 45 faizdən 12 faizə düşüb. Gələn ilin sonunadək isə onu sıfıra endirəcəyik”, – o vurğulayıb.

Qeyd edək ki, Aİ 2026-cı ilin əvvəlində Rusiya qazının mərhələli şəkildə idxalının dayandırılmasını nəzərdə tutan qaydaları qəbul edib. Aİ-nin rəsmi məlumatına görə, Rusiya LNG idxalının 2026-cı ilin sonunadək, boru kəməri ilə qaz idxalının isə ən geci 30 noyabr 2027-ci ilədək tam dayandırılması nəzərdə tutulur.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər