Tarix: 27-01-2022 | Saat: 01:13
Bölmə:Karusel / Siyasət | çapa göndər
Millət vəkili Mahir Abbaszadə bu dəfə bahalı saat kolleksiyası ilə diqqət çəkib.
32 gün.az-ın məlumatına görə, deputat bahalı saat həvəskarıdır. Hətta kolleksiyasında “Patek Philippe” və “Rolex” kimi qiyməti yüz min dollarla ölçülən saatlar da var.
Diqqət çəkən məqam isə M.Abbaszadənin daha çox “Patek Philippe” markasına üstünlük verməsidir.
Qeyd edək ki, Sözügedən brendin ən sadə saat modelinin qiyməti 10 min dollardır.
“Patek Philippe” markasının Grand Complications modelinin qiyməti 100 min və 4 milyon dollar arasında dəyişir.
Qarabaginfo.az xəbər verir ki, yayılmış xəbərlərlə bağlı Demokrat.az Mahir Abbaszadənin köməkçi Abbas Kərimli ilə əlaqə saxlayıb.
O açıqlamasında bildirib ki, hazırda Mahir Abbaszadə tətildədir və fevralın 5-də işə qayıdacaq. Həmçinin, o yayılan məlumatlardan xəbərsiz olduğunu diqqətə çatdırıb.
Mahir Abbaszadə ilə nə qədər əlaqə qurmağa çalışsaq da, zənglərimizə cavab verməyib.
Digər xəbərlər