Azərbaycanda daha bir 16 yaşlı qız hamilə qalıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

Kəmalə qeyd edib ki, yeniyetmə 2021-ci ildə Gəncədə bir oğlana qaçıb. Daha sonra rayonda gizlədilib. Lakin qızın xalası polisə şikayət edib. Bu zaman qız istəyi ilə qaçdığını deyib.

Bundan sonra yeniyetmənin yaşadığı Suraxanı rayonundakı polis bölməsinə xəbər verilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.