Saytımızı qiymətləndirin


 
 

Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
Tarix: 26-10-2026 | Saat: 15:46
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb

NATO-nun Latviyadakı çoxmillətli briqadası ölkənin şərqində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

“LSM” xəbər verir ki, “Resolute Reforger 2026” adlı təlimlər oktyabrın 26-dan noyabrın 8-dək keçiriləcək.

Təlimlərdə NATO-nun Latviyadakı çoxmillətli briqadasının təxminən 3 min hərbçisi və 1 000 hərbi texnikası iştirak edir.

Təlimlər zamanı NATO briqadasının bölmələri qüvvələrin yerləşdirilməsi, təchizat, idarəetmə və rabitə üzrə tapşırıqları yerinə yetirəcək, həmçinin Latviya Silahlı Qüvvələri ilə əməkdaşlığı təkmilləşdirəcək.

Təlimlərin əsas məqsədi briqadanın bölmələri böyük məsafələrə yerləşdirmək, onların təchizatını təmin etmək və koordinasiya etmək imkanlarını yoxlamaqdır.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər