Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın Ukraynadakı Səfirliyi: İş başındayıq, soydaşlarımızı evlərində qalmağa çağırırıq
Tarix: 24-02-2022 | Saat: 20:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanın Ukraynadakı Səfirliyi: İş başındayıq, soydaşlarımızı evlərində qalmağa çağırırıq

Qaynar xəttə daxil olan müraciətlər araşdırılır.

Bu barədə Qarabaginfo.az-a Azərbaycanın Ukraynadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, hələ ki Azərbaycan vətəndaşlarından xəsarət alan yoxdur.

“Xarkovdan narahatedici xəbərlər gəlir. Çünki Xarkovda 75 mindən çox soydaşımız yaşayır. Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyi ilə, diaspor təşkilatlarının rəhbərləri ilə mütəmadi əlaqə saxlayır. Ukraynadakı Türkiyə səfirliyi ilə də əlaqədəyik. Hələ ki Ukraynada fəaliyyətimizi davam etdiririk. Soydaşlarımızı sərhəd vilayətlərinə səyahət etməməyə, evlərində qalmağa çağırırıq. Ən təhlükəsiz variant budur. Diplomatlar olaraq hamımız iş başındayıq. Diplomatların ailələri də Kiyevdədirlər. Göstəriş olmasa, biz Kiyevi tərk etməyəcəyik”, - qeyd olunub.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər