Saytımızı qiymətləndirin


 
 

Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Tarix: 26-10-2026 | Saat: 08:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava limanına və ölkənin cənubundakı hərbi bazalara ballistik raketlərlə hücum etdiyini iddia edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, husilər onlarla ballistik raketdən istifadə etməklə üç hərbi əməliyyat həyata keçiriblər.

Səriə bildirib ki, hücumların hədəfi Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı, Xamis-Muşayt şəhərindəki hərbi hava bazası və Cizandakı sərhəd qoşunlarının hərbi dəniz bazası olub.

Husilərin nümayəndəsi beynəlxalq aviaşirkətləri və sərnişinləri Ər-Riyad hava limanından istifadə etməməyə çağırıb. O, hava limanının təhlükəsiz olmadığını iddia edib.

Hücumların nəticələri, dağıntılar və mümkün itkilər barədə hələlik müstəqil təsdiqlənmiş məlumat yoxdur.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər