Tarix: 03-10-2025 | Saat: 15:47
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukraynanın uzaqmənzilli zərbə PUA-ları Rusiyanın aparıcı neft emalı müəssisələrindən birinə – “Orsknefteorgsintez” zavoduna zərbə endirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, Ukrayna ordusunun Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları 1400 km uzaqlıqda olan Orenburq vilayətinin Orsk şəhərində yerləşən neftemalı zavodunu vurub.
Bildirilir ki, “Orsknefteorgsintez”də zərbə nəticəsində yanğın baş verib. Hadisədən sonra zavodda təxliyə elan olunub, Orsk şəhərinin yerli hakimiyyəti isə əhalini panikaya düşməməyə çağırıb.
Rusiyanı iri neft emalı zavodlarında olan bu müəssə ildə 6,6 milyon ton xam nefti emal edir.
Eyni zamanda, Ukrayna PUA-larının Krımda yerləşən neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində orada yanacaq qıtlığı daha da artıb. Hazırda Krımda bir sürücüyə satışda maksimum 20 litr benzinlə məhdudiyyət tətbiq olunub.
Digər xəbərlər