Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb
Ana Sayfa > Karusel / Siyasət / Dünya > Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb

Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb


Bu gün, 15:46. Yazar: Admin

Latviyanın şərqində NATO-nun genişmiqyaslı təlimləri başlayıb

NATO-nun Latviyadakı çoxmillətli briqadası ölkənin şərqində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

“LSM” xəbər verir ki, “Resolute Reforger 2026” adlı təlimlər oktyabrın 26-dan noyabrın 8-dək keçiriləcək.

Təlimlərdə NATO-nun Latviyadakı çoxmillətli briqadasının təxminən 3 min hərbçisi və 1 000 hərbi texnikası iştirak edir.

Təlimlər zamanı NATO briqadasının bölmələri qüvvələrin yerləşdirilməsi, təchizat, idarəetmə və rabitə üzrə tapşırıqları yerinə yetirəcək, həmçinin Latviya Silahlı Qüvvələri ilə əməkdaşlığı təkmilləşdirəcək.

Təlimlərin əsas məqsədi briqadanın bölmələri böyük məsafələrə yerləşdirmək, onların təchizatını təmin etmək və koordinasiya etmək imkanlarını yoxlamaqdır.


Geri dön