Tarix: 16-01-2022 | Saat: 18:53
Bölmə:Karusel / Region | çapa göndər
Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbərlərinin tək istəyi vəzifə ələ keçirməkdir.
Qarabaginfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə deyib.
“Müxalifət növbədənkənar seçkilərin keçirilməsini istəyir, amma daxildəki qurultayı 1 il təxirə salır. Belə düşüncə tərzi ola bilərmi?! Ərdoğan sənə (CHP lideri Kamal Kılıçdaroğlu - red.) desə ki, nə üçün təxirə saldın, sən də deyəcəksən ki, seçki var deyə etdim. O zaman Ərdoğan da desə ki, mən də 2023-cü ildə deyil, 2024-cü ildə seçkilər keçirəcəyəm. O zaman sən nə cavab verəcəksən?!”, - deyə İncə Ərzurumda çıxışında bildirib.
O, CHP rəhbərliyinin partiya üzvü olan deputatın terrorçularla foto çəkdirməsini qınamadığını söyləyib:
“Müxalifət hər şeyi görməzdən gəlir. Ancaq səs toplamaq dərdləri var"
Digər xəbərlər