Ana Sayfa > Karusel / Region > İncədən CHP-yə: Ərdoğan soruşsa, nə cavab verəcəksən?!
İncədən CHP-yə: Ərdoğan soruşsa, nə cavab verəcəksən?!16-01-2022, 18:53. Yazar: Admin |
Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbərlərinin tək istəyi vəzifə ələ keçirməkdir. Qarabaginfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə deyib. “Müxalifət növbədənkənar seçkilərin keçirilməsini istəyir, amma daxildəki qurultayı 1 il təxirə salır. Belə düşüncə tərzi ola bilərmi?! Ərdoğan sənə (CHP lideri Kamal Kılıçdaroğlu - red.) desə ki, nə üçün təxirə saldın, sən də deyəcəksən ki, seçki var deyə etdim. O zaman Ərdoğan da desə ki, mən də 2023-cü ildə deyil, 2024-cü ildə seçkilər keçirəcəyəm. O zaman sən nə cavab verəcəksən?!”, - deyə İncə Ərzurumda çıxışında bildirib. O, CHP rəhbərliyinin partiya üzvü olan deputatın terrorçularla foto çəkdirməsini qınamadığını söyləyib: “Müxalifət hər şeyi görməzdən gəlir. Ancaq səs toplamaq dərdləri var"
Geri dön |