Saytımızı qiymətləndirin


 
 

Erich Morales: "Fitch" Azərbaycanın bank sektorunda əhəmiyyətli irəliləyiş müşahidə edir
Tarix: 06-10-2026 | Saat: 14:10
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Erich Morales: "Fitch" Azərbaycanın bank sektorunda əhəmiyyətli irəliləyiş müşahidə edir

Azərbaycanın bank sektorunda son illərdə əhəmiyyətli irəliləyiş qeydə alınıb və sektor suveren reytinq baxımından narahatlıq doğuran amil hesab edilmir.

Qarabaginfo.az xəbər verir ki, bunu “Fitch Ratings”in Şərqi Avropa üzrə suveren reytinqlər rəhbəri, baş direktor Erich Arispe Morales Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.

Onun sözlərinə görə, bank sektorunda rəqəmsallaşma, xarici maliyyələşmədən asılılığın azalması, adekvat kapital buferlərinin formalaşması və aktivlərin keyfiyyətinin yaxşılaşması müşahidə edilir.

Morales bildirib ki, bank sektorunun iqtisadi artımın maliyyələşdirilməsində rolunun genişləndirilməsi üçün hələ potensial mövcuddur. Xüsusilə pərakəndə kreditləşmədə artım imkanları var.

O qeyd edib ki, Azərbaycanın xarici maliyyə kanallarının nisbətən məhdud olması qlobal maliyyə şərtlərindəki dəyişikliklərin ölkəyə birbaşa ötürülməsini məhdudlaşdırır. Məsələn, Avropa və ABŞ-da faiz dərəcələrinin yüksəlməsi Azərbaycandakı maliyyələşmə şərtlərinə avtomatik və birbaşa ötürülmür.

“Fitch” rəsmisinin sözlərinə görə, pul siyasəti baxımından əsas məsələlərdən biri Mərkəzi Bankın faiz qərarlarının depozit və kredit faizlərinə daha effektiv ötürülməsidir. Bu, bazarın strukturu və bank sistemindəki likvidlik profisiti ilə də əlaqəlidir.

Morales bankların maliyyə vəziyyətinin yaxşı və likvidliyin kifayət qədər olduğunu qeyd edərək, kreditləşmənin daha çox genişlənməsi üçün özəl sektor tərəfindən maliyyələşdirilə bilən layihələrə və kredit tələbinə ehtiyac olduğunu bildirib.

O əlavə edib ki, bank sisteminin dayanıqlılığı baxımından “Fitch” hazırda ciddi narahatlıq görmür və sektorun son illərdə əldə etdiyi irəliləyişləri, o cümlədən oxşar reytinqli və regional ölkələrlə müqayisədə, müsbət qiymətləndirir.



Xəbəri paylaş

45 dəfə oxunub.

Digər xəbərlər