Tarix: 16-09-2021 | Saat: 17:15
Bölmə:Karusel / Təhsil | çapa göndər
“Bəzən MİQ müsabiqəsində namizəd imtahana gecikir, ya qanun pozuntusu edir, ya da aşağı bal toplayır deyə yenidən imtahan vermək istəyir. Bütün bunları nəzərə alaraq gələcəkdə müəllimlərin işə qəbul müsabiqəsinin il ərzində bir yox, bir neçə dəfə keçirilməsi nəzərdə tutulur”.
Qarabaginfo.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
O qeyd edib ki, yeniliklərlə bağlı müvafiq infrastruktur olmalıdır: “Hazırda bu istiqamətdə müzakirələr gedir. MİQ-də istifadə olunan sualların məzmunu ilə bağlı hər hansı dəyişikliyin olması düşünülmür. Ola bilsin ki, yerləşdirmə test imtahanından fərqli keçirilsin”.
N. İsmayılbəyli bildirib ki, hər tədris ilində təxminən 1000 vakant yer yaranır: “Yeni dəyişiklərlə keçirilməsi planlaşdırılan MİQ imtahanı ilə əlaqədar vakant yerlərin sayı məsələsinə də baxılacaq”.
Digər xəbərlər