Saytımızı qiymətləndirin


 
 

Baş katib: "Avropa Şurası maliyyə böhranı yaşayır"
Tarix: 23-01-2018 | Saat: 10:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

 

Turbyorn Yaqland: Təşkilat ştat vahidini bir qədər azaltmağa məcbur olacaq

Avropa Çurası (AŞ) maliyyə böhranı yaşayır, Rusiya və Türkiyədən yardımların eyni zamanda azalması ilə əlaqədar olaraq fəallığını azaltmaq məcburiyyətindədir".

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Turbyorn Yaqland AŞPA deputatları qarşısında çıxış edərkən deyib.

Baş katib təşkilatın ştat vahidini bir qədər azaltmağa məcbur olduğunu bildirib.

Qeyd edək ki, Avropa Şurasının ümumi illik büdcəsi 450 milyon avrodur.

Xatırladaq ki, ötən il Rusiya Avropa Şurasının büdcəsinə minimum təyin olunmuş ödənişin üçdə ikisini ödəməyəcəyini açıqlayıb. Eyni zamanda, AŞPA-nın tənqidlərinə cavab olaraq, Türkiyə AŞ-yə ianələrin miqdarını minimuma endirib.



Xəbəri paylaş

634 dəfə oxunub.

Digər xəbərlər