Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Baş katib: "Avropa Şurası maliyyə böhranı yaşayır"
Ana Sayfa > Karusel / Siyasət > Baş katib: "Avropa Şurası maliyyə böhranı yaşayır"

Baş katib: "Avropa Şurası maliyyə böhranı yaşayır"


23-01-2018, 10:50. Yazar: Admin

 

 

Turbyorn Yaqland: Təşkilat ştat vahidini bir qədər azaltmağa məcbur olacaq

Avropa Çurası (AŞ) maliyyə böhranı yaşayır, Rusiya və Türkiyədən yardımların eyni zamanda azalması ilə əlaqədar olaraq fəallığını azaltmaq məcburiyyətindədir".

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Turbyorn Yaqland AŞPA deputatları qarşısında çıxış edərkən deyib.

Baş katib təşkilatın ştat vahidini bir qədər azaltmağa məcbur olduğunu bildirib.

Qeyd edək ki, Avropa Şurasının ümumi illik büdcəsi 450 milyon avrodur.

Xatırladaq ki, ötən il Rusiya Avropa Şurasının büdcəsinə minimum təyin olunmuş ödənişin üçdə ikisini ödəməyəcəyini açıqlayıb. Eyni zamanda, AŞPA-nın tənqidlərinə cavab olaraq, Türkiyə AŞ-yə ianələrin miqdarını minimuma endirib.


Geri dön