Saytımızı qiymətləndirin


 
 

Azərbaycan neftinin əsas idxalçılarının reytinqi - TOP-10
Tarix: 22-07-2020 | Saat: 11:18
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan neftinin əsas idxalçılarının reytinqi - TOP-10Bu ilin yanvar-may aylarında Azərbaycan 13 773 410,51 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Qarabaginfo.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, dəyər ifadəsində neftin ixracı 5,07 mlrd. ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycan xam neftinin əsas ixracatçısı İtaliyaya olub. Azərbaycan İtaliyaya 2,4 mlrd. dollar dəyərində 5 791 860,32 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

MDB ölkələri arasında Azərbaycan xam neftinin ixracında əsas pay sahibi Ukrayna olub. Bu ilin beş ayı ərzində Ukrayna Azərbaycandan 185,1 mln. dollar dəyərində 681 097,46 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib. APA

Bu ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları: 

#

Ölkə

Həcm, ton

Məbləğ, mln. dollar

1

İtaliya

5 791 860,3

2 410,2

2

Çin

1 003 130,1

165,2

3

Hindistan

773 700,1

282,9

4

İsrail

719 250,7

309,9

5

Ukrayna

681 097,5

185,1

6

Xorvatiya

679 964,5

209,7

7

Yunanıstan

609 361,3

233,2

8

Çexiya

391 062,2

157,8

9

Vyetnam

379 950,6

113,1

10

Portuqaliya

343 829,9

130,7

 



Xəbəri paylaş

392 dəfə oxunub.

Digər xəbərlər