Saytımızı qiymətləndirin


 
 

Mariupol Şəhər Şurası: "Rusiya qətliamları ört-basdır etmək üçün dinc sakinlərin meyitlərini yandırmağa başlayıb"
Tarix: 06-04-2022 | Saat: 15:20
Bölmə:Karusel / Dünya | çapa göndər

Mariupol Şəhər Şurası: "Rusiya qətliamları ört-basdır etmək üçün dinc sakinlərin meyitlərini yandırmağa başlayıb"

"Rusiya ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətləri gizlətmək üçün Mariupolda Rusiyanın səyyar krematoriyaları (meyitlərin yüksək temperaturda yandırıldığı yer) işə salınıb".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası teleqramda məlumat yayıb.

“İzləri ört-basdır edirlər. Mariupolda Rusiyanın səyyar krematoriyaları fəaliyyətə başlayıb. Buçadakı soyqırımı beynəlxalq ictimaiyyətə geniş şəkildə çatdırıldıqdan sonra Rusiya Federasiyasının ali rəhbərliyi Mariupolda ordusunun cinayətlərinə dair hər hansı sübutun məhv edilməsi barədə göstəriş verib. Bir həftə əvvəl 5 000 ölünün olduğunu bildiriblər. Lakin şəhərin böyüklüyünü, fəlakətli dağıntıları, mühasirənin müddətini və şiddətli müqaviməti nəzərə alsaq, onminlərlə Mariupol sakini qurban ola bilərdi. Ona görə də Rusiya Mariupol əhalisinin xilas edilməsi və tamamilə təxliyəsi üçün Türkiyə missiyasına və digər təşəbbüslərə yaşıl işıq yandırmağa tələsmir. Bundan əlavə, onlar filtrasiya düşərgələri vasitəsilə işğalçıların vəhşiliklərinin bütün potensial şahidlərini müəyyən etməyə və onları məhv etməyə çalışırlar”, - məlumatda qeyd olunub.

Öz növbəsində mer Vadim Boyçenko Mariupoldakı vəziyyəti nasist Almaniyadakı həbs düşərgələri ilə müqayisə edib.

Qeyd edək ki, Ukraynanın 430 min əhalisi olan Mariupol şəhəri martın 1-dən bəri Rusiya Silahlı Qüvvələrinin mühasirəsi altınadadır. Rusiya hərbçiləri şəhərə sıza bilsə də, yaşayış məntəqəsinə nəzarəti tam ələ keçirməyə nail olmayıblar. Şəhərin müdafiəsində əsas qüvvə Ukraynanın “Azov” alayıdır.

Əhalinin yarısından çoxu humanitar dəhlizlər vasitəsilə şəhəri tərk edə bilib.



Xəbəri paylaş

1359 dəfə oxunub.

Digər xəbərlər