Saytımızı qiymətləndirin


 
 

Özümə güvənsəm də, imtahana ciddi hazırlaşırdım – 60 bal toplayan müəlllim
Tarix: 20-06-2023 | Saat: 20:19
Bölmə:Karusel / Təhsil | çapa göndər

Özümə güvənsəm də, imtahana ciddi hazırlaşırdım – 60 bal toplayan müəlllim

 

Bu gün müəllimlərin sertifikasiya imtahanlarına start verilib. İmtahanda iki müəllim ən yüksək nəticəni göstərib. Onlardan biri Salyan rayon 2 saylı orta məktəbin müəllimi Şahinə Məmmədovadır. 46 yaşlı müəllim bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb. 

 

İmtahanla bağlı təəssürartlarını Modern.az-la bölüşən Şahinə Məmmədova həm sevincli, həm də həyacanlı olduğunu söyləyib.

 

“Rekord bal topladığıma görə çox sevinirəm. Bu göstərici zəhmətimin nəticəsidir. İmtahanı səbirsizliklə gözləyirdik. İmtahan çox rahat və şəffaf keçdi. İmtahanın gedişində həyəcan və stress yaşamadım. Çünki özümdən əmin idim. Həyəcanı topladığım balımı görəndən sonra yaşadım. 60 bal yığmaq daha həyəcanlıdır, nəinki sertifikasiya imtahına daxil olmaq”, - salyanlı müəllim bildirib.

 

O, sertifikasiya imtahanına ciddi şəkildə hazırlaşdığını əlavə edib:

 

“Baza təhsilim var. Özümə güvənirdim. Lakin buna baxmayaraq, oxuyurdum, təkrarlayırdım, öz üzərimdə işləyirdim. Bilmədiyim hansısa məsələ olanda onu araşdırırdım. Bir sözlə, imtahana ciddi hazırlaşırdım”.

 



Xəbəri paylaş

1371 dəfə oxunub.

Digər xəbərlər