Tarix: 14-01-2022 | Saat: 19:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Özbəkistan prezidenti Şavkat Mirziyoyev hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı göstəriş verib.
Qarabaginfo.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq tapşırıq Mirziyoyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının geniş iclasında müzakirə edilib.
Mirziyoyev kadr hazırlığı və qabaqcıl texnikanın tətbiqi məsələlərinə diqqət yetirib.
Bu məqsədlərdən və müasir təhdidlərin mahiyyətindən çıxış edərək 2022-2026-cı illərdə Silahlı Qüvvələrin gələcək inkişafına dair konseptual proqramın qəbul edilməsi tapşırılıb.
Silahlı Qüvvələrin Baş Qərargahının fəaliyyətinin keyfiyyətcə yeni səviyyəyə çatdırılması, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
İclasda qlobal informasiya məkanında təhdidlərin artdığı indiki şəraitdə informasiya təhlükəsizliyinin təmin edilməsi, gənclərin yad ideyalardan qorunması, hərbi qulluqçuların psixoloji hazırlığı və mənəvi-psixoloji hazırlığının gücləndirilməsinin aktuallığı vurğulanıb.
“Xalqımızın təhlükəsizliyinin, sülhünün və əmin-amanlığının təmin edilməsi bu gün də əsas prioritet olaraq qalır və gələcəkdə də belə olacaq. Çünki ölkəmizin hərtərəfli inkişafının əsas təminatı yalnız sülh və əmin-amanlıqdır. Yeni 2022-ci il bütün sahələrdə, o cümlədən Silahlı Qüvvələrdə həlledici olmalıdır”, - deyə Mirziyoyev vurğulayıb.
Digər xəbərlər