İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var
Tarix: 08-05-2026 | Saat: 15:33
Bölmə:Karusel / Dünya | çapa göndər
85 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-05-2026 | Saat: 15:33
Bölmə:Karusel / Dünya | çapa göndər
Bu gün İran tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2 ballistik raket və 3 pilotsuz uçuş aparatı atılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, atılan 2 ballistik raket və 3 pilotsuz uçuş aparatı BƏƏ-nin Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
BƏƏ MN bu gün baş verən hücum nəticəsində 3 nəfər orta dərəcəli xəsarət aldığını açıqlayıb.
Qeyd olunub ki, İranın BƏƏ-yə qarşı hücumlarının başlanmasından indiyədək HHM sistemləri ümumilikdə 551 ballistik raket, 29 qanadlı raket və 2263 pilotsuz uçuş aparatını məhv edib. Məlumata əsasən, indiyədək zərbələr nəticəsində yaralananların ümumi sayı 230 nəfərə çatıb.
Xəbəri paylaş
Digər xəbərlər
24-01-2024, 12:34
Məktəblərdə zorakılıq: “Şagirdlər “vorzakon”ları örnək götürür”
4-03-2021, 16:56
Azərbaycanda indiyədək 2627991 koronavirus testi aparılıb
9-12-2021, 18:35
Rusiya XİN: "Azərbaycan ilə Ermənistan liderləri arasında təmaslar davam etməlidir"
16-08-2024, 12:43
KİV: Hizbullah Dohadakı danışıqlara görə İsrailə cavab tədbirini təxirə salmağı planlaşdırır
31-12-2024, 10:48
Bu gün Aktaudan gətirilən üç yaralının vəziyyəti açıqlanıb
30-07-2026, 13:11
Pakistan XİN: ABŞ və İran arasında gərginliyin azaldılması ilə bağlı danışıqlar davam edir
5-10-2021, 15:10
Prezidentə arzusunu çatdırıb onu qucaqladı - Video


















