Saytımızı qiymətləndirin


 
 

Emin Əmrullayev internat məktəblərinin direktorları ilə görüşüb
Tarix: 23-04-2026 | Saat: 10:28
Bölmə:Karusel / Təhsil | çapa göndər

Emin Əmrullayev internat məktəblərinin direktorları ilə görüşüb

23 aprel 2026 10:21 (UTC +04:00)

Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə fəaliyyət göstərən internat məktəblərinin direktorları ilə görüşüb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüş zamanı internat məktəblərində təhsil alan valideyn himayəsindən məhrum olmuş, eləcə də sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə prosesi, onların sosial müdafiəsi, psixoloji dəstək mexanizmləri və cəmiyyətə inteqrasiyası məsələləri geniş müzakirə olunub.

Nazir çıxışında qeyd edib ki, həssas kateqoriyadan olan uşaqların keyfiyyətli təhsilə çıxışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan internat məktəblərində tətbiq olunan xüsusi təhsil proqramlarının təkmilləşdirilməsi, fərdi yanaşmanın gücləndirilməsi və müasir tədris metodlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüşdə həmçinin mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb, internat məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müəllim heyətinin peşəkar inkişafı, eləcə də təhsilalanların sosial rifahının yüksəldilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.

Direktorlar tərəfindən səsləndirilən təkliflər dinlənilib, prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər