Saytımızı qiymətləndirin


 
 

Sual kitabçasını aparan abituriyentin nəticəsi ləğv olunacaq
Tarix: 25-02-2022 | Saat: 15:28
Bölmə:Karusel / Təhsil | çapa göndər

"Buraxılış imtahanlarından sonra sual kitabçalarının qaytarılması mümkün olmayacaq".

 

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, çünki bu qayda pozuntusu deməkdir:

 

"İmtahandan sonra yazı işləri olur. Niyyətin hara, qiymətin də ora. Ona görə də imtahana əlavə vasitələrlə gəlmək lazım deyil. İndidən abituriyentlərə xəbərdarlıq edirəm. Bütün beynəlxalq imtahanlarda da belədir. Hansı imtahanlarda sual kitabçaları verilir? Biz abituriyentlərin biliklərinə qiymət verməyi bacarırıq. Ona görə də kimsə sual kitabçalarının çıxarılmasında maraqlı olmasın. Hətta magistratura imtahanında iştirak edən bir namizəddə belə fakt olub. Hansı ki balı da məlum idi, lakin biz məsələni araşdırdıq, əmr də imzalamışam, həmin şəxsin nəticələri ləğv olunacaq".



Xəbəri paylaş

251 dəfə oxunub.

Digər xəbərlər