Saytımızı qiymətləndirin


 
 

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
Tarix: 06-10-2026 | Saat: 15:01
Bölmə:Karusel / İdman | çapa göndər

Hidayət Heydərov

 

Hidayət Heydərov Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında mübarizəni dayandırıb.

Qarabaginfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu ilk görüşündə kosovolu Akil Qyakova qalib gələrək 1/16 finala yüksəlib.

H.Heydərоv bu mərhələdə finlandiyalı Valtteri Olini də məğlub edərək adını 1/8 finala yazdırıb.

Cüdoçumuz növbəti mərhələdə italiyalı Covanni Espozito ilə qarşılaşıb.

İdmançımız rəqibinə məğlub olub və mundialla vidalaşıb.



Xəbəri paylaş

45 dəfə oxunub.

Digər xəbərlər