Saytımızı qiymətləndirin


 
 

Azercell “Bölgələrə daha yaxın” şüarı ilə həyata keçən səfərlərini uğurla yekunlaşdırdı
Tarix: 26-07-2022 | Saat: 19:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azercell “Bölgələrə daha yaxın” şüarı ilə həyata keçən səfərlərini uğurla yekunlaşdırdı

İyul ayının 12-dən etibarən regionlarımızı “Bölgələrə daha yaxın” şüarı altında gəzən Azercell səfərlərini uğurla tamamlayıb.

Qarabaginfo.az xəbər verir ki, özündə silsilə tədbirləri cəmləşdirən kampaniya 2 həftə boyunca davam edib.

Xaçmaz, Quba, Şəki, Gəncə, Bərdə, Cəlilabad da daxil olmaqla ümumilikdə 14 bölgəni əhatə edən tədbirdə abunəçilərə yeni məhsullar və xidmətlər təqdim olunub. Kampaniya çərçivəsində sonuncu görüş isə iyul ayının 25-də Füzuli rayonunda baş tutub.

Aksiyanın davam etdiyi müddət ərzində bölgədəki abunəçilər ilə sıx ünsiyyət yaradılaraq onların bütün sualları cavablandırılıb. Azercell tədbir ziyarətçilərini maraqlı təkliflər ilə tanış edib, qonaqlar üçün müxtəlif oyunlar keçirilib və hədiyyələr paylanılıb.

Kampaniya müddətində lider mobil operator rəsmi Instagram səhifəsində də müxtəlif müsabiqələr keçirərək izləyicilərinə internet paketləri qazanmaq imkanı yaradıb.

Ölkənin lider mobil operatoru Azercell abunəçilərini yeni layihələri ilə sevindirməyə davam edəcək!

 



Xəbəri paylaş

1213 dəfə oxunub.

Digər xəbərlər