Saytımızı qiymətləndirin


 
 

Ermənistan və Qırğızıstandan sonra Qazaxıstan da “Mir”ə qarşı sanksiyalara qoşuldu
Tarix: 03-04-2024 | Saat: 14:35
Bölmə:Karusel / Region | çapa göndər

ABŞ-ın Rusiya ödəniş sisteminə qarşı sanksiyalar tətbiq etməsindən və onlara məhəl qoymayan bankları ikinci dərəcəli tədbirlərlə hədələməsindən sonra “Mir” kartlarından istifadə sahəsi sürətlə daralmağa davam edir.

Qarabaginfo.az xəbər verir ki, Ermənistan və Qırğızıstandan sonra Kremlin postsovet məkanında əsas ticarət tərəfdaşı, KTMT hərbi bloku və Avrasiya İqtisadi İttifaqının üzvü olan Qazaxıstanın da bankları Rusiya kartlarına xidmət göstərməkdən kütləvi şəkildə imtina ediblər.

Qazaxıstanın ən böyük bankı olan “Halyk Bank” “Mir”ə qarşı sanksiyalara qoşulub. O, Rusiya kartlarına, o cümlədən köçürmələrə, terminallar vasitəsilə ödənişlərə və bankomatlardan nağd pul çıxarılmasına xidmət göstərməyi tamamilə dayandırıb.

Bank nümayəndəsinin sözlərinə görə, bu, fevral ayında Rusiya Mərkəzi Bankının 100 faizlik törəmə şirkəti olan, “Mir”ə xidmət və emissiyaya cavabdeh olan Milli Ödəniş Kart Sisteminin ABŞ-ın bloklayıcı sanksiyalarına məruz qalması ilə baş verib.

Qazaxıstanda yalnız VTB (Qazaxıstan) və “Bereke bank” (Sberbank-ın Qazaxıstandakı keçmiş törəməsi) qismən Rusiya kartları ilə işləməkdə davam edir. Bunlardan birincisi, “Mir”dən bankomatlarda yalnız milli valyutada – tengedə nağd pul çıxarmağa imkan verir, ikincisi isə pul köçürmələrinə icazə vermir.



Xəbəri paylaş

137 dəfə oxunub.

Digər xəbərlər