Tarix: 27-02-2022 | Saat: 23:40
Bölmə:Karusel / Dünya | çapa göndər
“Böyük Yeddilər” qrupunun (G7) ölkələri Ukraynaya müdafiə silahlarının tədarükünü davam etdirmək və Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəliblər.
Qarabaginfo.az xəbər verir ki, bunu G7 xarici işlər nazirlərinin görüşündən sonra Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
"Biz aydın idi ki, (Rusiya Prezidenti Vladimir) Putinin cəhdi uğursuz olmalı və (Ukraynanın) suverenliyi bərpa edilməlidir. Biz Ukraynaya müdafiə silahları və avadanlıqlarının çatdırılmasını davam etdirməyə, Rusiya iqtisadiyyatını zəiflətmək üçün sanksiyaları artırmağa razılaşdıq", - Trass tviter hesabında yazıb.
G7 ölkələri həmçinin Rusiyanın Ukraynaya və xalqına vurduğu hər hansı zərərə görə məsuliyyət daşıyacağını bildiriblər. “Böyük Yeddilər” bildiriblər ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində baş verəcək status dəyişikliklərini tanımırlar.
Digər xəbərlər