Saytımızı qiymətləndirin


 
 

MN: Ermənistandan hərəkət edən S-300 ZRK anında məhv ediləcək
Tarix: 29-09-2020 | Saat: 15:25
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Müdafiə Nazirliyi: Daşkəsən artilleriya atəşinə tutulur | Report.az

“Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal onunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək”.

Bunu Qarabaginfo.az-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

"Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir.

Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır".



Xəbəri paylaş

374 dəfə oxunub.

Digər xəbərlər