Qırğızıstanda zəlzələ olub.
Qarabaginfo.az xəbər verir ki, zəlzələ 10 km. dərinlikdə, 5.3 bal gücündə olub.
Departamentdən bildiriblər ki, zəlzələnin episentrindən Daşkəndə qədər olan məsafə cənub-şərq istiqamətində 290 km təşkil edir.
Qırğızıstandan sonra Özbəkistanda da zəlzələ olub. Yeraltı təkanlar Daşkənd və ölkənin bəzi rayonlarının sakinləri tərəfindən hiss olunub.
Fərqanə bölgəsində zəlzələnin gücü 3 bal, Əndican, Namanqan vilayətlərində və Daşkənddə 2 bal olub.