Saytımızı qiymətləndirin


 
 

Sülh müqaviləsinin imzalanmasına ən yaxın gələcəkdə nail olmaq olar
Tarix: 24-07-2023 | Saat: 16:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sülh müqaviləsinin imzalanmasına ən yaxın gələcəkdə nail olmaq olar

 

Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən də bəhs edib.

Qarabaginfo.az xəbər verir ki, dövlətimizin başçısı bildirib: “Düşünürəm ki, ona ən yaxın gələcəkdə nail olmaq olar. Nəyə görə mən bu cür düşünürəm, çünki Ermənistan çox mühüm bəyanatla çıxış etməli idi ki, onlar nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, - əslində, onlar bunu rəsmən ötən ilin oktyabrında bəyan etdilər və sonra bir neçə dəfə təsdiqlədilər, - həmçinin bu ilin mayında onlar bunu aydınlaşdırdılar, çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır”.



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər