Saytımızı qiymətləndirin


 
 

Azərbaycan-İran Dövlət Komissiyasının həmsədrlərinin görüşü keçiriləcək
Tarix: 09-07-2023 | Saat: 12:18
Bölmə:Karusel / Manşet | çapa göndər

Azərbaycan-İran Dövlət Komissiyasının həmsədrlərinin görüşü keçiriləcək

İran tərəfindən arada olan gərginlik və fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində addımların atıldığını görürük.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

"Qarşılıq olaraq, Azərbaycan tərəfi də adekvat addımlar atacaq. Azərbaycanla İran arasında bir çox iqtisadi layihələr var ki, bəziləri artıq icra olunur, bəziləri ilə bağlı işlər gedir. Yaxın günlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq. Görüş İranın Astara şəhərində keçiriləcək. Görüşdə nəqliyyat, su resurslarının birgə istifadəsi və digər istiqamətlərdə danışıqlar aparılacaq", - nazir əlavə edib.

Qeyd edək ki, Azərbaycan tərəfindən Komissiyanın həmsədri baş nazirinin müavini Şahin Müstafayevdir.



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər