Tarix: 24-11-2024 | Saat: 18:14
Bölmə:Karusel / Region | çapa göndər
Ukraynaya genişmiqyaslı hücum başlayanda Türkiyənin Bosfor və Dardanel boğazlarını bağlaması Rusiyaya Odessa, Nikolayev və digər əraziləri zəbt etməsinə mane oldu.
Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar “Ukrinform“-a müsahibəsində bildirib.
Səfir deyib ki, Ukraynanın müdafiəsində əsas mərhələlərdən biri Türkiyənin boğazları bağlaması olub: “Biz “Moskva” kreyserini Qara dənizdə batırdıq, ancaq iki Rusiya kreyseri Aralıq dənizində gözləyirdi. Türkiyənin boğazları bağlaması Rusiyaya dənizdəki üstünlüyündən istifadə edərək Odessa, Nikolayev və digər əraziləri zəbt etməsinə imkan yaratmadı. Moskvanın planı bu ərazilərin dəniz əməliyyatı ilə zəbt edilməsi idi”.
Qeyd edək ki, Vasiliy Bodnar tezliklə Ukraynanın Polşada səfiri kimi səlahiyyətlərinin icrasına başlayacaq. Prezident Vladimir Zelenski artıq bununla bağlı müvafiq sərəncam imzalayıb.
Digər xəbərlər