Saytımızı qiymətləndirin


 
 

İcraçı direktor: Bakı Təşəbbüs Qrupu kolonializmlə legitim mübarizəsini davam etdirəcək
Tarix: 01-05-2026 | Saat: 14:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

BTQ-nin icraçı direktoru Abbas Abbasov

 

Bu gün Bakıda keçirilən Beynəlxalq Gənclər Forumu Bakı Təşəbbüs Qrupunun yeni bir seqmenti hesab edilir.

Qarabaginfo.az xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.

“Bakı Təşəbbüs Qrupu əsas fəaliyyət istiqamətlərini həyata keçirməyə davam edir. Biz 2023-cü ildən başlayaraq kolonializmlə legitim mübarizə aparan tərəfləri dəstəkləyirik. Həmçinin, insan haqlarının qorunması, yerli xalqların və etnik azlıqların hüquqlarının qorunması üzrə fərqli beynəlxalq platformalarda fəaliyyətlərimizi həyata keçiririk. Bu gün paytaxtımızda təşkilatımız tərəfindən keçirilən Beynəlxalq Gənclər Forumu Bakı Təşəbbüs Qrupunun yeni bir seqmenti hesab edilir. Forum çərçivəsində iştirakçılar tərəfindən dəfələrlə gənclər üçün yeni beynəlxalq platformaların yaranması zərurəti vurğulanıb. Bildiyiniz kimi, Bakı Təşəbbüs Qrupu vurğuladığım fəaliyyət istiqamətlərini mütəmadi olaraq beynəlxalq təşkilatların gündəliyinə daşıyır və bundan sonra da daşımağa davam edəcək. Həmçinin, qeyd etmək istərdim ki, bu gün keçirilən forum Birləşmiş Millətlər Təşkilatının Gənclər Ofisi tərəfindən dəstək aldı. Beləliklə, konfrans zamanı BMT-nin Gənclər Ofisi nümayəndəsi videomüraciətlə forum iştirakçılarına müraciət edir. Düşünürəm ki, forumun nəticəsi olaraq burada iştirak edən gənc liderlərlə birlikdə yeni bir gənclər platformasının yaranması üçün ilk addımlar atılacaq”, - Abbas Abbasov bildirib.

O əlavə edib ki, BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurub.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər